Türkiyənin ixracat həcmi 255 milyard dolları ötəcək - Proqnoz

14:31 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Türkiyənin ixracat həcmi ilin sonunadək 255 milyard dolları ötəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O qeyd edib ki, 2002-ci ildən bu günədək Türkiyənin xarici ölkələrə ixracatı 7 dəfədən çox artıb.

C. Yılmaz, Özbəkistanla Türkiyə arasında da iqtisadi əməkdaşlığın dərinləşdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Türkiyə Özbəkistanın ən çox məhsul ixrac etdiyi 3-cü ölkədir.

O, əlavə edib ki, iki ölkə arasında ticarət həcmi isə 3.5 milyard dollara çatıb.