15:44 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. Shandong əyalətinin Qingdao şəhərindəki mədəndə təxminən 500 metr yeraltı, videokameralarla təchiz olunmuş avtomatlaşdırılmış elektrovoz qızıl filizini daşıyır, yer səthindəki işçilər isə onun hərəkətlərini real vaxtda izləyirlər.
“Super sürətli 5G şəbəkəsi radio siqnallarının qalın divarlardan, tavanlardan və döşəmələrdən keçməsinə imkan verir. Yüksək sürətli internetə çıxış işçilərimizə yeraltı avadanlıqları uzaqdan idarə etməyə imkan verir ki, bu da onların təhlükəsizliyini xeyli artırır”, - deyə Qingdao mədənini idarə edən Shandong Gold Mining (Laixi) Co şirkətinin baş menecerinin müavini Liu Peng Nan bildirir.
Mədən, “Huavei Technologies Co” və “China Mobile” şirkətlərinin dəstəyi sayəsində Çin 5G şəbəkəsinin əhatə dairəsindədir.
17 Avqust 2026
15 Avqust 2026