2027-ci ildə Rusiya “Starlink” analoqunu orbitə göndərəcək

10:31 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Rusiyanın “Büro 1440” kosmik şirkəti (“X Holdinq”ə daxildir) 2027-ci ildə Rusiyada Starlink analoqu olan peyki orbitə göndərməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, ilk növbədə şirkətə 250 peyk lazım olacaq, 2030-cu ilə qədər isə bütün dünyanın əhatə edəcək 700-dən çox cihaz buraxılacaq.

SpaceX “Starlink” layihəsini 2018-ci ildən həyata keçirir. Layihə, aşağı yer orbitində yerləşdirilmiş, vəzifəsi yüksək sürətli internetin dünyanın hər yerinə paylanması olan geniş bir peyk şəbəkəsidir.