09:10 - 12.12.2023
12 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:07 – dək $0,52 (0,68%) artaraq bir barel üçün $76,55-a çatıb. Dekabrın 11-də Brent markalı neftin fevral ayı üçün fyuçersləri $0,19 (0,25%) artaraq bir barel üçün $76,03-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar ayı üçün neft fyuçerslərinin qiyməti saat 09:07 – ə qədər $0,55 (0,77%) artaraq bir barel üçün $71,87-a çatıb. Dekabrın 11 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,09 (0,13%) artaraq bir barel üçün $71,32-a çatıb.