11 ayda AÇG yataqlar blokundan 6 milyard 353,8 milyon dollar gəlir əldə edib

16:24 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 353,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bu, 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 2 milyard 807,2 milyon ABŞ dolları və yaxud 30,6 % azdır.

Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində ARDNF AÇG-dən 9 milyard 161 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.