ABŞ-ın “Chevron Corp.” neft şirkəti böyük məbləğdə kapital xərcləri həyata keçirəcək

16:02 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. ABŞ-ın “Chevron Corp.” neft şirkəti 2024-cü il üçün kapital xərcləri həyata keçirəcək.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, şirkətin nəzərdə tutduğu kapital xərcləri 15.5-16.5 milyard ABŞ dolları məbləğində olacaq. Bu barədə ABŞ şirkəti məlumat yayıb.

Bildirilib ki, kapital xərclərinin əsas hissəsi Perm hövzəsi və Meksika körfəzindəki layihələrə sərf ediləcək.

Qeyd olunub ki, gələn il kəşfiyyat və hasilat (“upstream”) üzrə investisiyalar təxminən 14 milyard ABŞ dolları təşkil edəcək. Bu vəsaitin üçdə ikisi ABŞ-dəki layihələrə xərclənəcək.