11:46 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. “Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) hazırladığı rəqəmsal kredit tarixçəsi platforması – “Findoc” portalında yeni xidmət istifadəyə verilib.
Bürodan ABC.AZ-a daxil olan məlumata görə, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platformada artıq vətəndaşlarla yanaşı hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də özləri barədə toplanmış bütün məlumatlara çıxış imkanı əldə edəcəklər.
Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin portalın təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün gücləndirilmiş elektron imza (Asan İmza) ilə https://findoc.az/ linkinə daxil olaraq razılıq ərizəsini imzalamaları tələb olunur.
10 Avqust 2026
10 Avqust 2026