17:12 - 5.12.2023
5 dekabr, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkənin enerji əməkdaşlığını müzakirə edəcək.
ABC.AZ xəbər verir ki, Putinin köməkçisinin sözlərinə görə, “səfər çərçivəsində enerji sahəsində əməkdaşlığı, o cümlədən OPEC+ əməkdaşlığı, eləcə də Yaxın Şərqdə, Qəzza zolağında, Yəməndə, Suriyada və Sudanda vəziyyəti müzakirə etmək planlaşdırılır”.