Ötən ay bu ölkədə Azərbaycan kapitalı ilə 205 şirkət qeydiyyata alınıb

11:05 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. 2023-ci ilin sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb.

ABC.AZ Türkiyə Ticarət və Sənaye Palatasına (TOBB) istinadən xəbər verir ki, sözügedən dövrdə Türkiyədə Azərbaycan kapitalı ilə 205 şirkət qeydiyyata alınıb.

Müqayisə üçün bildirək ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətdə 45 şirkət azdır.

Hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 312,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 99,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (171) qeydiyyata alınıb.

Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.