12:29 - 8.09.2023
8 sentyabr, Fineko/abc.az. “Sumqayıt Tekstil” MMC-yə yeni direktor təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, yeni təyin edilən direktor Fərid Rzabəyli Fərhad oğludur. Onu da qeyd edək ki, 2 ay öncə Fərid Rzabəyli – STP-nin Hüquq Departamentinin Direktoru kimi təyin olunmuşdur.
Bakı Dövlət Universitetinin məzunu olan Fərid Rzabəyli NBC Bank, PAŞA Bank kimi müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026