“Sumqayıt Tekstil”ə yeni direktor təyin edildi - FOTO

12:29 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. “Sumqayıt Tekstil” MMC-yə yeni direktor təyin edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, yeni təyin edilən direktor Fərid Rzabəyli Fərhad oğludur. Onu da qeyd edək ki, 2 ay öncə Fərid Rzabəyli – STP-nin Hüquq Departamentinin Direktoru kimi təyin olunmuşdur.

Bakı Dövlət Universitetinin məzunu olan Fərid Rzabəyli NBC Bank, PAŞA Bank kimi müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.