09:40 - 5.09.2023
5 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı keçirilən ticarətdə cüzi düşür.
London ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09: 35 – ə qədər $0,11 (0,12%) azalaraq bir barel üçün $88,89-a düşüb. 4 sentyabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin noyabr fyuçersi $0,45 (0,51%) artaraq bir barel üçün $89,00-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri saat 09:35 – ə qədər $0,09 (0,10%) - bir barel üçün $85,89-a düşdü. 4 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,38 (0,44%) artaraq bir barel üçün $85,93-a çatdı.
21 Avqust 2026