“Nokia” yeni 5G telefonunu təqdim edəcək

16:51 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. “Nokia” sentyabrın 6-da 5G telefonunu təqdim edəcəyini açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən smartfon keçən ilin eyni dövründə nümayiş etdirilən “Nokia X30 5G”nin varisi olacaq.

“Snapdragon 695” prosessoru 6,43 düym 90 Hz yeniləmə tezliyi, 700 nits maksimum parlaqlıq və HD+ həlli təklif edən AMOLED panelli cihazda istifadə edilib. Digər tərəfdən istifadəçilərə 6/8 GB RAM və 128/256 GB daxili yaddaş variantları təklif edildi.

İddia olunur ki, şirkət həmçinin müvafiq tarixdə istifadəçilərə gözlənilməz bir model təqdim edə bilər.