10:56 - 30.08.2023
30 avqust, Fineko/abc.az. İraq hökumətinin neft ixracını dayandırması səbəbindən təxminən 5,5 milyard dollar zərər çəkdiyi bildirilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu İraq Kürd Regional Rəhbərliyinin (KRH) Xarici Əlaqələr Şöbəsinin rəhbəri Sefin Dizayi qeyd edib.
Dizayi qeyd edib ki, neft axınının yenidən başlaması üçün səylər davam edir:
“Bağdad rəsmi olaraq hazır olduqlarını bildirir, lakin hələlik heç bir əməli addım atmayıb”.
Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra martın 25-də İraqdan Ceyhan limanına neft axınının dayandırıldığı bildirilib.