16:45 - 10.08.2023
10 avqust, Fineko/abc.az. 2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında qeyd edilib.
2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon dollara bərabər olub.