Yeddi ayda pərakəndə ticarət dövriyyəsi  3% artıb

14:14 - 10.08.2023


10 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi  3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyri-ərzaq malları üzrə 4,3 faiz artıb.

2023-cü ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52, faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.