11:32 - 9.08.2023
9 avqust, Fineko/abc.az. “Wildberries” onlayn platforması özünün olduğu ölkələrdə sahibkarlarla əməkdaşlıq miqyasını genişləndirməyə davam edir və Azərbaycanda françayzinq sifarişlərinin verilməsi məntəqələrinin açılması proqramının başlandığını elan edir.
ABC.AZ xəbər verir ki, artıq yerli sahibkarlar müstəqil olaraq göndərmə məntəqələri aça və sifarişlərin verilməsinə görə gəlir əldə edə bilərlər.
Proqram Azərbaycan sahibkarları üçün yeni tərəfdaşlıq göndərmə məntəqələrinin (TGM) açılışı zamanı mümkündür və göndrəmə dövriyyəsinin 4,04%-dən gəliri əhatə edir ki, bu da investisiyaların tez bir zamanda əvəzini ödəməyə imkan verəcəkdir.
Hüquqi şəxs olan hər kəs “Wildberries” ilə birlikdə ortaq məntəqə aça bilər. Bunun üçün franchise.wildberries.ru ünvanına müraciət etmək kifayətdir. Daha sonra pvz-stat-map.wildberries.ru interaktiv xəritədən istifadə edərək lokasiyanı müəyyənləşdirin və şirkətin brendbukuna uyğun olaraq məntəqənin məkanını açılış üçün hazırlayın. Məkan üçün əsas tələblərə aşağıdakılar daxildir: məkanın sahəsi 50 m2-dən başlamalı, 1-ci mərtəbədə yerləşməli, ayrı bir girişi olmalı və sutka boyunca açıq olmalıdır.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026