Bakının sənaye istehsalı azalıb

14:55 - 8.08.2023


8 avqust, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən Bakıda 2023-cü ilin yanvar-iyun aylarında 29,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilib.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, sənaye məhsulunun 80,5 faizi mədənçıxarma sektorunda, 16,7 faizi emal sektorunda, 2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,2 faiz artıb.