14:10 - 2.08.2023
2 avqust, Fineko/abc.az. Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi, həmçinin “Qırğızıstan Poçt” ASC və “Smart Logistics” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
ABC.AZ Abşeron Logistika Mərkəzinə istinadla xəbər verir ki, memorandumlar Gəncə İş Adamları İctimai Birliyi və Azərbaycan-Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Qırğızıstanda baş tutan işgüzar forum zamanı imzalanıb.
Qeyd olunur ki qarşılıqlı əməkdaşlıq çərçivəsində tranzit və idxal-ixrac yükləri üçün müasir logistik həllərin hazırlanması da nəzərdə tutulub.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026