“Wildberries” Azərbaycanda satışlara başladı

16:10 - 1.08.2023


1 avqust, Fineko/abc.az. “Wildberries” beynəlxalq onlayn platforma coğrafiyasını genişləndirir və Azərbaycan bazarına daxil olur.

ABC.AZ xəbər verir ki, Azərbaycan sakinləri artıq 5 milyondan çox SKU məhsulu olan platformanın geniş çeşidinə çıxış əldə ediblər. Burada geyim və ayaqqabı, aksessuarlar, kosmetika, uşaq malları, texnika və elektronika, ev əşyaları, ərzaqlar, rəqəmsal mallar və s. təqdim edilir.

Ölkə alıcıları sifarişləri https://global.wildberries.ru saytında edə bilərlər, malları isə güzgülərlə təchiz olunmuş rahat kabinləri olan məntəqələrdə ala bilərlər. Bakı şəhəri, Sabit Orucov küçəsi, 45B ünvanında yerləşən ilk sifariş vermə məntəqəsi artıq açılıb.

“Biz MDB ölkələrində aktiv inkişaf edirik və Azərbaycan bazarında işə başlamaqdan məmnunuq. Ölkədə “Wildberries”in işə salınması yerli sahibkarların biznesini dəstəkləyəcək, onlara istehsalın artması və inkişafı üçün yeni imkanlar açacaq və ümid edirik ki, ölkədə ümumi həyat səviyyəsini artıracaq”, – deyə “Wildberries” MDB ölkələri üzrə rəhbəri Maksim Qubanov bildirib.