14:58 - 28.07.2023
28 iyul, Fineko/abc.az. 2023-cü ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 46 milyard 968 milyon dollar təşkil edib.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq 20 milyard 904 milyon dollara, idxalı isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollara çatıb.
“Bu ilin yanvar-iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 307 milyar 917 milyon dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.