Azərbaycan ən çox hansı ölkələrə qeyri-neft sektoruna aid mal ixrac edib?

15:45 - 27.07.2023


27 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları,  İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə "İxrac İcmalı"nın iyul sayında məlumat dərc olunub.

2023-cü ilin iyun ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9% artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8% artaraq 182,1 milyon ABŞ dollarına bərabər olub.