Azərbaycanın qeyri-neft sektorunun ixracında elektrik enerjisi birinci olub

15:27 - 27.07.2023


27 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub.

ABC.AZ xəbər verir ki, bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.