15:01 - 27.07.2023
27 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “İxrac icmalı”nın iyul sayı dərc edilib.
ABC.AZ xəbər verir ki, sözügedən sayda 2023-cü ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəldiyi qeyd edilib.
Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,1 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.