Qeyri-neft sektoru üzrə ən çox ixracı bu şirkətlər edib - Siyahı

14:50 - 27.07.2023


27 iyul, Fineko/abc.az. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısı da açıqlanıb.

ABC.AZ xəbər verir ki, siyahıya “Azərenerji” ATSC başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC.