11:11 - 25.07.2023
25 iyul, Fineko/abc.az. ABŞ-ın federal məhkəməsi Google şirkətini 338,7 milyon dollar təzminat ödəməyə məcbur edib.
ABC.AZ-ın məlumatına görə, şirkət proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğuna görə təzminat ödəməli olub.
Mövzu ilə bağlı qiymətləndirməsində bir Google sözçüsü, Google-un həmişə texnologiyanı müstəqil şəkildə inkişaf etdirdiyini iddia edərək, şirkətin qərara etiraz edəcəyini iddia edib. .
Nyu-Yorkda yerləşən "Touchstream" tərəfindən 2021-ci ildə açılan iddiaya görə, şirkətin qurucusu David Strober 2010-cu ildə videoları smartfon kimi kiçik bir cihazdan televizor kimi daha böyük cihaza "köçürmək" texnologiyasını icad edib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026