Son 6 ayda apteklərdə 624,6 milyon manatlıq dərman satılıb

10:10 - 13.07.2023


13 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 624.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 7.3% azalıb.

Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.