15:16 - 10.07.2023
10 iyul, Fineko/abc.az. Dərmanların bol və əlçatan olduğu yerdə qiymətlərin də optimallaşdırılması gözləniləndir.
ABC.AZ xəbər verir ki, bunu deputat Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, dərman qiymətlərinin bahalığının onların qeydiyyatının olmaması ilə izah edən R.Mahmudov deyib:
“Məsələn, dərman vasitələri sahəsində 75 faiz idxaldan asılı olan qardaş Türkiyədə son 6 ayda dərmanların qiymətində xeyli artım var. Bu da dünyada baş verən inflyasiya və dünya bazarında ərz-tələblə bağlıdır. Ərz-tələbin pozulması isə valyuta bazarında da problemlərə gətirib çıxarır.
Statistikaya görə, qardaş ölkədə 2022-ci il üçün dövlətin dərmana xərclədiyi 7 milyard dolların 5,2 milyardı idxalın payına düşüb. Bu da o deməkdir ki, insanların müalicəsində istifadə olunan dərmanların ən azı 75-80 faizi xarici ölkələrdən gətirilir. Bir məqama da diqqət yetirək ki, Türkiyə dərman vasitələrinin istehsalına görə dünyada 21-ci yerdə qərarlaşıb”.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026