11:59 - 10.07.2023
10 iyul, Fineko/abc.az. Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2022-ci ili 102 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 5,514 milyon manat zərərlə çıxmışdı.
ABC.AZ xəbər verir ki, ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 19,398 milyon manat (əvvəlki ilə nisbətən 41,1 % çox), xarici valyuta əməliyyatları gəlirləri 2 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 2 min manat (50,8 dəfə az), insan resursları üzrə xərcləri 11,325 milyon manat (0,7 % çox), amortizasiya və köhnəlmə xərcləri 2,138 milyon manat (2,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri isə 5,838 milyon manat (2,2 dəfə çox), təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359,416 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,6 % artaraq 14,655 milyon manata, balans kapitalı isə 0,3 % artaraq 344,762 milyon manata çatıb.
18 Avqust 2026