Finlandiya rusiyalı iş adamlarının ölkəyə girişini sərtləşdirir

10:32 - 7.07.2023


7 iyul, Fineko/abc.az. Finlandiya iyulun 10-dan rusiyalı tələbələr, iş adamları və mülk sahibləri üçün ölkəyə giriş qaydalarını sərtləşdirir.

ABC.AZ xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoymağa davam edəcək.

"Rusiya vətəndaşlarının Finlandiyaya və bu ölkə vasitəsilə Şengen zonasının qalan hissəsinə girişi bundan sonra da məhdudlaşdırılacaq. Eyni zamanda, iş adamları, mülk sahibləri və tələbələr üçün məhdudiyyətlər sərtləşdiriləcək”, – nazirliyin məlumatında bildirilib.