“Öz Elim” əmtəə nişanının istehsalı dayandırıldı

14:20 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  əməkdaşları tərəfindən Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən Yusifova Nüşabə İbrahim qızına məxsus “Öz Elim” əmtəə nişanlı alkoqolsuz içki (limonad) istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, faktlarla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA bildirir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək.