16:13 - 21.06.2023
21 iyun, Fineko/abc.az. “Azərkosmos” ASC 2022-ci ilə dair illik hesabat sənədini təqdim edib.
ABC.AZ qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, 2022-ci ilin maliyyə nəticələrinə əsasən, “Azərkosmos”un ümumi mənfəəti 4,4 milyon, xalis mənfəəti isə 1,4 milyon olub.
Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır.
Qeyd edək ki, “Azərkosmos” 10 illik fəaliyyəti dövründə “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.
17 Avqust 2026
15 Avqust 2026