Azərbaycanda əhali ötən ay tibbi məhsullara bu qədər pul xərcləyib

14:00 - 21.06.2023


21 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 512 milyon manat vəsait xərclənib. 

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 66.7 milyon manat azdır.

Qeyd edək ki, cari ilin may ayında pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən vəsaitin həcmi isə 112.5 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.