OPEC Baş Katibi Azərbaycana səfərə gəlib

12:31 - 19.06.2023


19 iyun, Fineko/abc.az. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Azərbaycanda səfərdədir.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, o iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.