Azərbaycana buğda idxalı 26 faizə yaxın artıb - Hesabat

15:32 - 16.06.2023


16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycana 134 mln. 904 min dollar dəyərində 450 min 152 ton buğda idxal edilib. 

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumada qeyd edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 25.6% və ya 94 min 527 ton, məbləğ baxımından isə 8.8% və ya 10 mln. 854,64 min dollar çoxdur. 2022-ci ilin ilk 5 ayında Azərbaycana 124 milyon 49 min dollar dəyərində 355 min 625 ton buğda idxal edilib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında buğdanın idxal qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 14% azalıb.