16:46 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 73 milyon 344 min dollar dəyərində 168,3 min ton gübrə satılıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 19 milyon 30 min dollar (20,6%), miqdar ifadəsində 148,6 min ton (46,9%) azalıb.
Bu il xaricə satılan gübrənin bir kiloqramının orta qiyməti 75 qəpik olub. Bu qiymət ötən ilin ilk yarısında 50 qəpik idi. İllik müqayisədə xaricə satılan gübrənin qiyməti 50% bahalaşıb.
Qeyd edək ki, ötən ilin ilk yarısında Azərbaycandan xaricə 92 milyon 374 min dollar dəyərində 316 min 878 ton gübrə satılmışdı.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026