10:21 - 7.06.2023
7 iyun, Fineko/abc.az. “Shell” İngiltərə, Almaniya və Hollandiyada enerji ticarətindən çəkilməyə qərar verdiyini və potensial alıcı ilə danışıqlar apardığını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu ildən etibarən enerji ticarətinin əsas mərkəzləri olan İngiltərə, Almaniya və Hollandiyadakı fəaliyyətinin strateji qiymətləndirilməsini tamamlayacaq.
Satış prosesinə başlayan şirkətin potensial alıcı ilə danışıqlar apardığı və yaxın aylarda razılığın əldə olunmasının hədəfləndiyi bildirilib.
Açıqlamada, istehlakçıların sözügedən satış prosesindən təsirlənməyəcəyi bildirilib.
Qeyd edək ki, şirkətin Böyük Britaniyada 2000 işçisi var.