Neft ucuzlaşır, Brent bir barelə $82,33 təşkil edir

08:43 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə axşamı ticarətində düşməyə davam edir.

Brent markalı neftin iyun fyuçerslərinin dəyəri saat 08:38-də Londonun ICE Futures birjasında $0,79 (0,95%) azalaraq bir barel üçün $82,33-a düşüb. 18 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $1,65 (1,95%), bir barel üçün $83,12-a düşdü.

Saat 08:38-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində  WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,80 (1,01%) azalaraq bir barel üçün $78,44-a düşüb. 18 aprel ticarətinin nəticələrinə görə,  WTI neftinin iyun fyuçerslərinin qiyməti $1,66 (2,05%), bir barel üçün $79,24-a düşdü.