16:45 - 10.03.2023
10 mart, Fineko/abc.az. “Meta” “Instagram”da “Reels” yaradıcıları üçün bonus qazanma proqramını dayandıracağını açıqladı. Beləliklə, məzmun istehsalçıları əsas gəlir mənbələrindən birini itirəcəklər.
ABC.AZ xəbər verir ki, şirkət həm “Facebook”, həm də “Instagram”da proqramı hələlik dayandırdığını bildirib.
Proqram yaradıcılarla tamamilə vidalaşmayacaq. Şirkət proqramı daha məqsədyönlü şəkildə geri qaytarmağın yollarını axtaracağını bildirib. Lakin bu planların nə vaxt tamamlana biləcəyi ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 2021-ci ildə məzmun istehsalçıları cəmi bir ayda 35 min dollar pul qazandıqlarını desələr də, bəziləri qazandıqları bonusun 100 dollar civarında olduğunu bildiriblər.
12 Avqust 2026