14:06 - 12.01.2023
12 yanvar, Fineko/abc.az. Media Reyestrinə daxil edilməyən media subyektlərinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət olunacaq”.
ABC.AZ xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
O qeyd edib ki, Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var:
“Əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı texniki köməkliyi göstərməyə hazırdırlar.
Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur.
Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026