15:57 - 25.11.2022
25 noyabr, Fineko/abc.az. Elektrik avtomobil istehsalçısı “Tesla” 80 mindən çox avtomobili geri çağıracaq.
ABC.AZ-ın məlumatına görə, şirkət sözügedən sayda avtomobili Çin bazarından geri qaytarır.
Şirkət bunu həmin bazarda avtomobillərin nasaz olması ilə izah edib.
“Tesla” yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək proqram təminatı problemləri səbəbindən təxminən 67 700 Model S və Model X elektrik avtomobilini geri çağıracaq. Bundan əlavə, təhlükəsizlik kəmərinin bağlanmasında yaranan problemlərə görə təxminən 12,9 min Model 3 elektromobil geri çağırılacaq.
Qeyd edək ki, bundan əvvəl “Tesla” ön sərnişin hava yastığının düzgün açılmamasına səbəb ola biləcək qüsura görə ABŞ-da təxminən 30 000 Model X avtomobilini geri çağırmaq qərarını bəyan etmişdi.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026