16:39 - 24.11.2022
24 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" ilə sərnişin daşımalarından əldə olunan gəlir 42 647,5 min manat olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.
Ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 11 233,3 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" 146 701 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026