17:33 - 15.11.2022
15 noyabr, Fineko/abc.az. “SOCAR karbamid” zavodu ixrac coğrafiyasını genişlənməkdə davam edir.
Agentlikdən ABC.AZ-a verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib.
Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 15-dən çox ölkəsinə ixrac edilir.
İndiyədək müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixracın payına düşür.