14:14 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. Azərbaycanda ilk “Milli İxracatçılar və İdxalçılar Forumu”-nun keçirilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, Forumun keçirilməsində bir sıra dövlət qurum və agentliklərinin - KOBİA, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası və sairə - təşkilatı dəstəyi və iştirakı gözlənilir.
Forumda rəsmi şəxslərin, yerli və xarici şirkət rəhbərlərinin və nümayəndələrinin çıxışı (təqdimatı) olacaq, xarici ölkələrə ixrac ilə bağlı faydalı məlumatlar və məsləhətlər veriləcək.
12 Avqust 2026