09:43 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dörd sessiya ardıcıl olaraq artımdan sonra cümə hərraclarında aşağı düşür.
Saat 09:32-də London ICE Futures birjasında Brent neftinin dekabr fyuçersi $0,27 (0,29%) - barrel başına $94,15-ə düşdü. Oktyabrın 6-da baş tutan hərracların nəticələrinə görə, bu müqavilələr $1,05 (1,13%), barrel başına $94,42-ə qədər bahalaşıb.
Saat 09:32-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI neftin noyabr fyuçerslərinin qiyməti $0,25 (0,28%) - barrel başına $88,20-a düşüb. Oktyabrın 6-da baş tutan hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $0,69 (0,79%), barrel başına $88,45-ə qədər artıb.
Dow Jones məlumatına görə, Brent nefti ay üzrə maksimumu yenilədi, WTI isə 14 sentyabrdan maksimuma yüksəldi. Neftin qiyməti həftəni 11% yüksəlmə ilə başa çatdıra bilər.