17:09 - 22.09.2022
22 sentyabr, Fineko/abc.az. “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxşı işgüzar münasibətlərə və bazar mövqelərinə malik olduğu Rumıniyada biznesini genişləndirmək üçün müxtəlif imkanları nəzərdən keçirir”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Buxarestdə keçirilən 5-ci Rumıniya Beynəlxalq Təbii Qaz Konfransında deyib.
“SOCAR Rumıniyada sayı 67-ə çatan böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Üstəlik bu ölkədə şirkətin digər neft məhsulları müəssisələri də mövcuddur. SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayını artırmaq planları var”, - o bildirib.
Moderatorun Rumıniyada emal zavodu almaq planları barədə sualını cavablandıran nazir deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti həmçinin neft-qaz biznesinin digər seqmentlərində, xüsusən də neft emalı sahəsində iştirak imkanları ilə bağlı danışıqlar aparır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026