09:30 - 16.09.2022
16 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bir gün əvvəl ciddi enişdən sonra cümə günü hərraclarda yüksəlir.
Saat 09:10-da Londonun ICE Futures Birjasında keçirilən ticarətdə Brent markalı neftin noyabr fyuçersləri 0,35 dollar (0,39%) bahalaşaraq 1 barelə görə 91,19 dollar olub. Sentyabrın 15-də ticarət nəticəsində Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,26 dollar (3,46%) ucuzlaşaraq 90,84 dollar/barelə bərabər olub.
Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:10-da WTI markalı neftin oktyabr fyuçersləri 0,20 dollar (0,23%) bahalaşaraq 85,30 dollar/barelə çatıb. Sentyabrın 15-də keçirilən ticarətin nəticəsində WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri 3,38 dollar (3,82%) ucuzlaşaraq 85,10 dollar/barelə bərabər olub.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026