16:43 - 15.09.2022
15 sentyabr, Fineko/abc.az. “Shell”in baş direktoru Ben van Berden 2022-ci ilin sonunda istefa verəcək, Vael Savan isə onun varisi olacaq.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Ben van Berden 2022-ci ilin sonunda baş direktor vəzifəsini tərk edəcək və onun yerinə Vael Savan keçəcək.
“O, vəzifələrinin icrasına 2023-cü il 1 yanvar tarixindən etibarən başlayacaq”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, Van Berden ümumilikdə təxminən 39 il Britaniya şirkətində çalışıb. O, 2014-cü ildə baş direktor vəzifəsini tutub. Daha əvvəl, 2016-cı ildə Van Berden iqtisadi tənəzzüldən istifadə edərək “Shell”i dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz treyderinə çevirib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026