10:45 - 15.09.2022
15 sentyabr, Fineko/abc.az. Norveçin neft-qaz şirkəti “Equinor” Rusiyadakı aktivlərini 1 avroya “Rosneft”ə satıb. Bunun müqabilində Rusiya şirkəti 1 milyard dollarlıq investisiya öhdəliyinə yerinə yetirməlidir.
ABC.AZ xəbər verir ki, şirkət bütün öhdəlikləri yerinə yetirdiyini açıqlayıb.
Qeyd edək ki, 2022-ci ilin birinci rübündə “Equinor”un Rusiyadakı aktivlərinin balans dəyəri 1.1 milyard dollar olaraq qiymətləndirilib.
Norveçin neft-qaz şirkəti 2022-ci il may ayının sonunda Rusiyadakı dörd birgə müəssisəsindən çıxıb. Gələcək öhdəliklərdən azad olmaq üçün şirkət payını “Rosneft”ə köçürüb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026