Şahdəniz yatağından indiyə kimi nə qədər qaz hasil edilib?

15:28 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 199 mlrd. kubmetr qaz hasil edilib.

Energetika nazirliyindən ABC.AZ-a verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək isə 174 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 mlrd. kubmetri ixraca nəql edilib” - məlumatda qeyd olunub.

Xatırladaq ki, “Şahdəniz”dən hazil edilən qaz Avropaya da ixrac olunur.